“Elektron ticarətdə təhlükəsizlik” mövzusunda onlayn seminar keçiriləcək
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı “Kapital Bank” ilə birlikdə “Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminar keçirəcək. Qeyd edək ki, son zamanlarda elektron ticarətin yaratdığı üstünlüklərdən istifadəyə marağın artması ilə yanaşı kibertəhlükəsizliyə təhdidlərin çoxalması da müşahidə olunur. Əsasən kart məlumatlarının əldə olunması ilə vətəndaşların hesablarından vəsaitlərin oğurlanması halları baş verir. Belə halların baş verməsi vətəndaşlara maddi zərərin dəyməsi ilə yanaşı ölkədə elektron ticarətin, nağdsız hesablaşma vərdişinin və müasir texnologiyaların inkişafına öz mənfi təsirini göstərir.
“Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminarın təşkil olunmasında məqsəd qeyd olunan halların baş verməsinin qarşısının alınması məqsədi daşıyır.
Seminarda həmçinin ikinci əl məhsuların alış-verişində diqqət edilməli məqamlar, saxta “ATM” və saytların müəyyən olunması, kartların CVV/CVC məlumatlarının qorunması, sosial şəbəkələr və elektron poçt üzərindən göndərilən saxta hədiyyə kuponları və digər mövzularda ekspertlərin çıxışları nəzərdə tutulub. Seminar ödənişsizdir.
17 mart 2021-ci ildə “Zoom” tətbiqi vasitəsi ilə saat 10.00-da keçiriləcək seminar üçün qeydiyyat linki: http://training.ereforms.org (Qeydiyyatdan keçmək mütləqdir)








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib