Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinə dair Yol Xəritəsi təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin təqdimatı keçirilib.
Bildirilib ki, Yol Xəritəsinin hazırlanmasında 5 tematik qrup formalaşdırılıb. Tematik qruplarda həm dövlət, həm də qeyri-dövlət sektorundan cəlb edilən nümayəndələrin iştirakı ilə görüşlər keçirilib, araşdırmalar, təhlillər və müvafiq sahə üzrə qiymətləndirmələr aparılıb. Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanıb, konsepsiya, proses xəritəsi və standartların müəyyən edilməsi istiqamətində tədbirlər görülüb. İstiqamətlər üzrə tədbirlər, onların icra müddətləri və icraçılar müəyyən edilib. Nəticədə kifayət qədər dolğun, hərtərəfli və bu sahənin bütün aspektlərini əhatə edən Yol Xəritəsi hazırlanıb.
Yol Xəritəsində 5 tematik qrup üzrə ümumilikdə 48 tədbir və 25 icraçı qurum müəyyən olunub.
Tədbirdə yol xəritəsinin geniş təqdimatı, əsas istiqamətləri, icra müddəti, icraçıların təqdimatı və digər təşkilati məsələlər haqqında da məlumatlar verilib.
Özəl sektorun nümayəndələri ilə qarşılıqlı müzakirələr formatında keçən iclasda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutunun, “Azərişıq” ASC-nin, Azərbaycan Banklar Assosiasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və digər təşkilatların nümayəndələri iştirak edib.
Təqdimat zamanı həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi sahəsində özəl sektorun rolu, istehlakçı hüquqlarının müdafiəsi, rəqabət mühitinin inkişafı və zəruri enerji infrastrukturun yaradılması istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr və prioritetlər mövzusunda müzakirələr keçirilib, eləcə də Yol Xəritəsi icrası zamanı vahid koordinasiya və kommunikasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib