Dünya Sahibkarlıq Forumunun rəhbəri İİTKM-də olub
Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun (World SME Forum) icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) qonağı olub. Görüş zamanı iki qurum arasındakı əməkdaşlıq, birgə layihələrin gələcək perspektivləri, həmçinin Azərbaycanda artıq yekunlaşmaq üzrə olan Strateji Yol Xəritəsində kiçik və orta sahibkarlığın inkişafına verilən önəm barədə fikir mübadiləsi aparılıb. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Prezidentin Sərəncamı ilə yaradılan Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən İnternet portal haqqında qonaqlara məlumat verib. Portalın funksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlığa dair razılıq da əldə olunub. Vüsal Qasımlı əlavə edib ki, yeni portal xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq. World SME Forumunun icraçı direktoru Tunc Uyanık Azərbaycanda belə bir layihənin reallaşdırılmasının sevindirici olduğunu vurğulayıb. O rəhbərlik etdiyi qurumun Azərbaycan portalı ilə əməkdaşlığa hazır olduğunu bildirib. Çünki World SME Forumun buna bənzər layihəsi var və onun portalla inteqrasiya imkanları böyükdür.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib