Dünya Kiçik və Orta sahibkarlar forumu Azexportun təcrübəsini öyrənəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya Kiçik və Orta sahibkarlar forumunun (World SME Forum) icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı World SME Forumun icraçı direktoru İİTKM ilə əməkdaşlığa dair öz təkliflərini təqdim edib, həmçinin Azexport portalının təcrübəsinin öyrənilməsi üçün müzakirələr aparılıb.
Qeyd edək ki, Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti daha öncə də İİTKM-də portalla bağlı müzakirələr aparmışdı. Həmin vaxt portalın funksionallığı, logistik şirkətlər, ödəniş sistemləri barədə ətraflı məlumat verilmişdi.
Bu dəfəki görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağı barədə məlumat verib. O əlavə edib ki, Rəqəmsal Ticarət Qovşağı vahid ixrac pəncərəsini təqdim edəcək. Bununla da sahibkarlarımız daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər. Rəqəmsal Ticarət Qovşağı həm də elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarlarımızın xarici partnyorlarla əlaqələrini daha da asanlaşdıracaq.
Dünya Kiçik və Orta sahibkarlar forumunun icraçı direktoru Tunc Uyanık isə bildirib ki, belə bir rəqəmsal qovşağın yaradılması Azərbaycanın rəqəmsal lider kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə öz töhfəsini verəcək.Forumun rəhbəri Rəqəmsal Ticarət Qovşağını və Azexport portalını dünya sahibkarları üçün unikal resurs kimi qiymətləndirdi.
Sonda hər iki qurum, Forumun nümayəndələrinin Azexportun təcrübəsini öyrənmək üçün İİTKM-də fəaliyyət göstərməsi barədə razılığa gəliblər.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır