Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sarah Maykl ilə onlayn formatda görüş keçirilib. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı post pandemiya dövründə iqtisadiyyatın dinamikası və aparılan sistemli dəstək tədbirləri nəticəsində əldə olunan inkişaf barədə məlumat verib.
Mərkəzin 5 illik fəaliyyəti ərzində həyata keçirilən iqtisadi-sosial və institusional islahatların hazırlanması və xüsusilə monitorinq və qiymətləndirmə potensialının gücləndirilməsi sahəsində Dünya Bankının dəstəyi yüksək qiymətləndirilib. Həmçinin, logistika, ticarət, kənd təsərrüfatı, təhsil və digər sektorlar üzrə Dünya Bankının qiymətləndirmə hesabatları əsasında Mərkəzdə keçirilən ənənəvi “Bilik Sərgiləri”nin əhəmiyyəti vurğulanıb. Azad olunan ərazilərin bərpası, “ağıllı kənd” inkişaf planı, regional logistika və ticarət imkanlarının araşdırılmasında gələcək əməkdaşlıq perspektivləri qeyd olunub.
Xüsusilə monitorinq və qiymətləndirmə üzrə beynəlxalq qurumlara Mərkəzin inteqrasiya olunması və birgə layihələrin həyata keçirilməsində Dünya Bankının dəstəyinin əhəmiyyətli olduğu bildirilib. Mərkəz ilə əməkdaşlığın faydalı və nəticə-əsaslı olmasından məmnunluğunu bildirən xanım Sarah Maykl insan kapitalının inkişafı, maliyyə, “ağıllı kənd” mövzularında Dünya Bankı tərəfindən görülən işlər barədə məlumat verib. Bildirilib ki, Mərkəzlə gələcəkdə də müzakirə olunan sektorlar üzrə birgə əməkdaşlıq davam etdiriləcəkdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib