Dünya Bankı Azərbaycanda inkluzivlik siyasətini uğurlu sayır

Dünya Bankı Azərbaycanda inkluzivlik siyasətini uğurlu sayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin

baş analitiki Günay Quliyevanın şərhi

Dünya Bankının hazırladığı “İqtisadi İnkluzivliyin Vəziyyəti” 2021-ci il hesabatına əsasən Azərbaycan həyata keçirdiyi inkluzivlik proqramları ilə digər ölkələrə nümunə rolu oynaya bilər.

“İqtisadi İnkluzivliyin Vəziyyəti” hesabatında Azərbaycanda “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi” təhlil edilib. İlk dəfə təqdim olunan “İqtisadi İnkluzivliyin Vəziyyəti” 2021 hesabatı ifrat yoxsul və həssas əhali qrupları üçün nəzərdə tutulan iqtisadi inkluzivlik proqramlarının qlobal qiymətləndirilməsini aparıb. Hesabat bu sahədə əhəmiyyətli məlumat boşluğunu doldurmağa çalışmaqla, iqtisadi inkluzivlik proqramlarının ilk dəfə  sistematik icmalını təqdim edir və ölkələrin sosial müdafiə sisteminə, yeni iş yerləri və, minimum iqtisadi vasitələr ilə təminata investisiyaları artımaq yolları və maliyyə əlçatanlığı ilə ən yoxsul əhalinin özünə layiqli gələcək qurmaq imkanlarını aydınlaşdırır. 219 aktiv iqtisadi inkluzivlik proqramı həyata keçirən 75-dən çox ölkə təcrübəsi təhlil edilərək hazırlanan hesabat iqtisadi inkluzivlik və məzun proqramlarının genişləndirilməsi imkanlarını da araşdırır.

Hesabatda bildirilir ki, baza-xərc strukturunun dəqiqləşdirilməsi iqtisadi inkluzivlik proqramlarının xərc səmərəliliyin daha yaxşı qiymətləndirməyə şərait yaradır. Hesabat hökumət və qeyri hökümət proqramlarının xərc təhlilinin mürəkkəbliyini azaltmaq üçün yeni imkanlar açır.

Hesabatda göstərilir ki, iqtisadi inkluzivlik proqramlarının ümumi dəyərinin hesablanmasında “etiket qiyməti” (price tag)  yanaşması yanlış ola bilər.  Belə ki, iqtisadi inkluzivlik proqramlarının dəyəri qrantlar, pul köçürmələri, aktiv və ya istehsal  vasitələri tranfertləri və sosial müdafiə ödəmələri formalarından birini istifadə edərək yaradılan dəyərlə müəyyənləşir. Hesabatın nəticələrinə əsasən təhlil olunan 219  iqtisadi inkluzivlik proqramlarının müəyyən dövr üçün  (ortalama 3 il yarım) adambaşına yaratdığı dəyər 41 ilə 2253 ABŞ dolları   (2011-ci  il alıcılıq qabiliyyəti pariteti üzrə)  arasında dəyişir. Azərbaycan bu göstərici üzrə adambaşına 2056 ABŞ dolları dəyər yaratmaqla ən yuxarı sıralardadır.

İnkluzivlik proqramlarının xərclərinə gəldikdə insan resursları və işçi xərcləri daha çox nəzərə çarpan xərc amilləridi. Xərc göstəriciləri proqramın növündən də birbaşa asılıdır. Hesabata əsasən Azərbaycanda seçilmiş proqram əsasən iqtisadi fəaliyyətin inkişafına və özünü məşğulluğa yönəldiyi üçün əsas xərc komponenti ümümi xərcin 56 faizini təşkil etməklə  aktiv transfertləri təşkil edir. Çatdırılma və işçi xərclərinin ümumi xərclərdə dəyəri üzrə Azərbaycan 14 faizlə təhlil olunan proqramlar üzrə orta göstərici olan 13 faizdən cüzi fərqlənir.

Hesabata əsasən inkluzivlik proqramlarında həssas əhali qrupunun iqtisadi inkişafını təmin etmək üçün aktiv transfertlər (adambaşına düşən orta illik istehlakın 67 faizini təşkil edən 1469 ABŞ dolları dəyərində) göstəricisinə görə Azərbaycan sıralanan ölkələr arasında liderdir. “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi” çərçivəsində verilən qrantlar bankda hesab açıb hüquqi şəxs kimi aidiyyatı qurumlarda qeydiyyatdan keçib biznes fəaliyyətinə başlamağa imkan verir.

Beləliklə hesabatın hazırlanması zamanı aparılan təhlillər göstərir ki, Azərbaycan həssas əhali qrupunu layiqli həyat şəraiti ilə təmin etmək məqsədi ilə iqtisadi inkluzivlik proqramları uğurla həyata keçirir və bu təcrübədən Qarabağa böyük qayıdış prosesində geniş istifadə olunacaq.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R