Dr. Vüsal Qasımlı ASAN könüllülərlə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin qonağı olub. Vüsal Qasımlı çıxışı zamanı bilidirib ki, Azərbaycanda gənclərin eləcə də ASAN könüllülərin çiyinlərində məsuliyyətli yük var. İndi Azərbaycan bilik iqtisadiyyatı deyil, səriştə iqtisadiyyatı qurmalıdır. Çünki insan kapitalının inkişafı səriştə üzərində qurulub. “Bizə də indi səriştəli insan resursları lazımdır. Bir modeldən o birinə keçid bunu tələb edir.”
Çıxışı zamanı Vüsal Qasımlı ASAN könüllülərinin uğurlu startap layihələri, eyni zamanda bir çox yaddaqalan təşəbbüslər etdiyini vurğulayıb. O, həmçinin bu istiqamətdə ASAN könüllərinə fəaliyyətlərində uğurlar arzu edib. 150-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə Vüsal Qasımlı gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib