Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə dövlət satınalmaları sahəsində aparılan iqtisadi islahatlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.
Təqdimat zamanı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ”Dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, həmçinin rəqabətli satınalma metodlarında istifadə imkanlarının yaradılması məqsədilə Prezident İlham Əliyevin Fərmanına əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib: Bu dəyişikliyə əsasən dövlət satınalmalarının vahid internet portalının yaradılması ilə ölkədə elektron satınalma modelinə keçid təmin ediləcəkdir. Nəticə etibarı ilə isə, dövlət satınalmalarının planlaşdırılması, tender təklifinin qəbul olunması, eyni zamanda iddiaçıların hüquqların qorunması üzrə təkmilləşdirilmiş nəzarət mexanizmi formalaşdırılacaq. ”
Artıq vahid internet portalı vasitəsi ilə hökumətin satınalma planları, tenderdə iştirak imkanları, müqavilələrin bağlanması ilə bağlı bütün məlumatlar cəmiyyətin bütün üzvləri üçün əlçatan olacaqdır. Eyni zamanda, satınalma üzrə bütün proseduralar və məlumat mübadiləsi onlayn olaraq həyata keçirilməklə, vahid internet portalı tender üzrə iştirak haqqı və tender təklifinin təqdim edilməsi imkanı yaradacaqdır.
İİTKM-in Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə hazırladığı infoqrafik təqdimatla Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının diqqətinə çatdırılıb ki, dövlət satınalmaları üzrə həyata keçirilən islahat tədbirləri nəticəsində satınalan təşkilatın tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizinədək məbləğdə müəyyənləşdirməsi imkanının yaradılması, malgöndərənlərin şikayətlərinə baxılması müddətinin 20 bank günündən 10 bank gününə, qəbul olunmuş qərarın isə elektron qaydada təqdim edilməsi ilə 3 bank günündən 1 bank gününədək azaldıldılıb.
Dövlət satınalmaları üzrə həyata keçirilən islahat tədbirləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən kompleks biznes islahatı tədbirlərinin tərkib hissəsi olmaqla, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə dövlət vəsaitlərindən səmərəli və effektiv istifadə imkanının, həmçinin ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradılacağı gözlənilir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu