Dövlət qurumlarının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi qaydaları təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2016-cı il 30 noyabr tarixli Fərmanı ilə “Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Nizamnaməsinə əsasən hazırlanmış Qayda dövlət qurumları tərəfindən İİTKM-ə sifarişlərin verilməsi və maliyyələşdirilməsi ilə əlaqədar olan məsələləri tənzimləyir.
İİTKM tərəfindən göstərilən xidmətlər 3 əsas istiqamət olaraq müəyyənləşdirilib:
- iqtisadi yönümlü dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasının və risk təhlilinin aparılması, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğuların keçirilməsi;
- sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi;
- icra müddəti bitmiş iqtisadi yönümlü dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi.
Təsdiq edilmiş Qayda dövlət qurumlarının müvafiq sifarişlərin verilməsi prosedurunu, təqdim ediləcək sənədləri və təqvimini müəyyənləşdirir. Belə ki, nəzərdə tutulan xidmətlərin göstərilməsi məqsədilə dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar hər il növbəti il üçün sifarişlərini cari il mayın 1-dək, digər dövlət qurumları isə zərurət yarandıqda İİTKM-ə təqdim etməlidirlər.
Bununla yanaşı, Fərmanda adıçəkilən xidmətlərin maliyyələşdirilməsi ilə əlaqədar məsələlərin dövlət büdcəsinin proqnozlaşdırılması prosesində və xidmətlərin icrası zamanı nəzərə alınması məqsədilə müvafiq tənzimləyici müddəalar öz əksini tapıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Səmərəliliyin qiymətləndirilməsi departamentinin makroiqtisadçısı Faiq Qasımlı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi Qaydası”nın müstəsna əhəmiyyətini vurğulayaraq, İİTKM tərəfindən göstəriləcək xidmətlərin 3 əsas istiqamətini şərh edib.
1-ci istiqamət iqtisadi yönümlü dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasının və risk təhlilinin aparılması, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğuların keçirilməsidir.
Ümumiyyətlə, layihə hazırlanarkən onun həcmindən və əhatə dairəsindən asılı olaraq müvafiq araşdırmalar, maraqlı tərəflər arasında sorğular, təhlillər, o cümlədən risk təhlili aparılmalıdır ki, texniki-iqtisadi əsaslandırma sənədindən layihənin həyat qabiliyyətliliyinə dair əsas suallara dair cavablar çıxarıla bilsin. Bu baxımdan təsdiq edilən Qayda aparılan yeni hazırlanacaq proqram və layihələrin səmərəliliyin artırılması üçün zəmin yaradır.
2-ci istiqamət sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsidir.
Qeyri-neft iqtisadiyyatının və bölgələrin inkişaf etdirilməsi məqsədilə son illərdə sənaye parkları, sənaye məhəllələri və aqroparkların qurulması prosesi sürətlənir, iqtisadi sahəyə dair bir sıra dövlət proqramları icra olunur və zərurət yarandıqca gələcəkdə yeni proqramlar hazırlana bilər.
Adı çəkilən fəaliyyətlərin daha səmərəli qaydada həyata keçirilməsinə töhfə vermək üçün xüsusiyyətindən asılı olaraq, hər fəaliyyət növü üzrə monitorinq və qiymətləndirmə sistemi qurulması və sistemli yanaşma əsasında qiymətləndirmənin aparılması Mərkəzin qarşısında duran əsas vəzifələrdəndir.
3-cü istiqamət icra müddəti bitmiş iqtisadi yönümlü dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsidir.
İqtisadiyyat sahəsinə dair ötən dövr ərzində icra olunmuş dövlət proqramları və investisiya layihələri Azərbaycanın iqtisadi inkişafının təmin edilməsində mühüm rol oynayıb. Qeyd edilən istiqamət üzrə çərçivə yanaşması olaraq, nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün hansı məbləğdə dövlət vəsaitindən istifadə edildiyi və bunun müqabilində iqtisadi baxımdan iqtisadiyyatımıza hansı töhfələrin verdiyi qiymətləndiriləcək.
Dolayısı ilə aidiyyəti sahələr üzrə görülmüş işlərdən nəticələrin çıxarılması ilə yanaşı yeni proqram və layihələrin iqtisadi səmərəlilik baxımından daha yuxarı səviyyəli standartlara uyğun olaraq hazırlanması üçün təcrübə bazası yığılmış olacaq.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib