“Distant Amazon və Elektron Ticarət Təlimi”nin sertifikatları «QR kod” ilə təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının onlayn olaraq təşkil etdiyi “Distant Amazon və Elektron Ticarət Təlimi”nin sertifikatları təlimi uğurla bitirən iştirakçılara “QR kod” ilə təqdim olundu. Qeyd edək ki, COVID-19 pandemiyasının fonunda elektron ticarət sahəsinə olan marağın artmasını və karantin qaydalarının tətbiq olunmasını nəzərə alaraq Azexport.az portalı, Worldef Business School və Worldef şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə 30 aprel – 19 may 2020-ci il tarixlərində “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsini həyata keçirib. Təlimdə iştirakçılara “Amazon” elektron ticarət portalında hesabın açılması, yüksək satış göstəricilərinə malik məhsulların müəyyən olunma mexanizmi, beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə etibarlı məhsul təchizatçılarının tapılması, məhsulların “Amazon” anbarlarına göndərilməsi, məhsulların “Amazon” platformasında düzgün siyahılanması, reklam strategiyasının müəyyən olunması, beynəlxalq loqistika və daxili çatdırılma, Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun elektron ticarətdə gömrük əməliyyatları, digər müvafiq sənədləşmə və prosedurların aparılması, gələcəkdə dünya təcrübəsindən istifadə edərək elektron ticarətdə gömrük bəyənnamələrinin tətbiqinin mümkünlüyü (ETGB), beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər zəruri məlumatlar tədris olundu. Ümümilikdə 7 gün davam edən və “Zoom” tətbiqi vasitəsi ilə onlayn olaraq həyata keçirilən təlimlərdə 168 nəfər iştirak edib. Təlimdə 80 faizdən yuxarı iştirak göstəricisi olan 30-dan artıq şəxsə elektron sertifikat təqdim olunub. Sertifikatın üzərində yerləşdirilən “QR kod”u xüsusi mobil əlavə vasitəsi ilə oxutmaqla sertifikatın doğruluğunu sorğu etmək imkanı təqdim olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib