Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında ilə bağlı Fərman imzalanmışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilir ki, Azərbaycan BMT-nin "Minilliyin İnkişaf Məqsədləri" Bəyannaməsini ən uğurla yerinə yetirən ölkələrdən və tolerantlığına, multikulturalizmə verdiyi töhfəyə, gender bərabərliyinin təşviq və təmin olunması, yoxsulluğun qısa müddətdə azaldılması, xüsusilə insanların sağlamlığının qorunması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, ətraf mühitin yaxşılaşdırılması üzrə müsbət nəticəyə nail olmuş az sayda dövlətlərdən biridir. Dayanıqlı inkişafın bariz nümunəsi kimi “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” uğurla icrasını göstərmək mümkündür. Azərbaycan dövləti Birləşmiş Millətlər Təşkilatının fəal üzvü olaraq 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Dayanıqlı İnkişafın məqsəd və hədəflərinə iqtisadi, sosial və ekoloji aspektlər daxil olmaqla Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətləri müəyyələşdirilir. Azərbaycanda daha dayanıqlı və əhatəli iqtisadi diversifikasiyanın daha da inkişaf etdirilməsi, sosial sahələrdə tarazlı inkişafın təmin edilməsi Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının siyasi və institutsional baxımdan xüsusi əhəmiyyətə malikdir. Dayanıqlı İnkişaf Məqsədlərində qeyd olunan aspektlər fəal üzv olaraq Azərbaycan dövlətinin də hədəflərində prioritet təşkil edəcək. Bu səbəbdən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin kompleks koordinasiyası və icrası üçün öhdəliklər müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir. Şura funksiyaların həyata keçirilməsi üçün yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplarını cəlb etmək səlahiyyətinə malikdir. Öhdəliklərə əsasən Şuranın katibliyinin yaradılması və funksiyaların icrasının İqtisadiyyat Nazirliyinə, o cümlədən, Dayanıqlı İnkişaf məqsədlərinə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların Azərbaycan Dövlət Statistika Komitəsinə, hesabat formasında isə Şuraya təqdim olunması təmin edilməsi ilə bağlı öhdəlik müəyyənləşdirilmişdir. Milli Əlaqələndirmə Şurasının katibliyinin funksiyalarının icrası ilə bağlı xərclərin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin verəcəyi təkliflər əsasında Maliyyə Nazirliyi, o cümlədən Şuranın fəaliyyətində lazımi zəruri məlumatların və sənədlərin təmin edilməsi üçün Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər səlahiyyət daşıyacaqdır.
Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib