Data jurnalistikası ilə bağlı treninq keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Data (məlumat) jurnalistikasına dair təlim keçirilib. Avropa Birliyinin maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən təlimi Data (məlumat) jurnalistikası üzrə xarici mütəxəssis Alaksiey Lyavonçik, yerli mütəxəssis Emin Hüseynzadə və İİTKM nümayəndələri aparıb. Təlimdə iştirak edən jurnalistlərə Azexport.az layihəsi ilə bağlı Data məlumatlar təqdim olunub. Jurnalsitlərlə mütəxəssislərin müzakirələri təqdim olunan bu bazanın üzərindən aparılıb.
Təlimin məqsədi davamlı olaraq, Data məlumat (rəqəmlər) təqdim edən jurnalistlərin işinin səmərəliliyi artırmaqdır.
Mütəxəssis Elnur Salayev infoqramma barədə jurnalistlərə məlumat verib
Sonda müxtəlif TV və media qurumlarından təlimdə iştirak edən 20-ə yaxın jurnalistə sertifikatlar təqdim olundu.
Qeyd edək ki, təlimdə iştirak edən jurnalistlərə Linking Media tərəfindən davamlı olaraq onlayn məsləhətlər veriləcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf