"Dailysabah": “Azərbaycan və Türkiyə: Qlobal böhranlarda birgə irəliləyiş”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Ayaz Müseyibovun Türkiyənin tanınmış www.dailysabah.com qəzetində məqaləsi dərc olunub. “Azərbaycan və Türkiyə: Qlobal böhranlarda birgə irəliləyiş” (Azerbaijan and Türkiye: Leading through unity in global crises) başlıqlı məqalədə Prezident İlham Əliyevin iyunun 10-da Türkiyəyə işgüzar səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla Ankaradakı görüşü şərh edilib.
Məqalədə liderlərin görüşü qlobal böhranlar fonunda əhəmiyyətli hadisə kimi qiymətləndirilir, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın dünyanın mövcud münaqişələrinin həllinə müsbət təsir göstərdiyi vurğulanır. Bildirilir ki, Türkiyə son 20 ildə Avrasiyada böyük regional və beynəlxalq aktor kimi tanınır. Azərbaycan isə son illərdə, xüsusilə ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni regional güc kimi meydana çıxıb. Məqalədə Prezidentlərin Ankara görüşünün enerji, nəqliyyat, ticarət, iqtisadiyyat və digər geniş spektrli sahələrdə əməkdaşlığın artırılması, xüsusilə iqtisadi dəhlizlərin genişləndirilməsi baxımından vacibliyi vurğulanır.
Ayaz Müseyibov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında dostluq və strateji müttəfiqlik regional sabitlik və inkişaf üçün böyük əhəmiyyət kəsb edir. İki ölkənin əməkdaşlığı, regional və qlobal təşkilatlarda koordinasiyalı səyləri və qarşılıqlı dəstəkləri ilə mühüm nəticələr əldə edilib. Məqalədə Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) kimi birgə meqalayihələr, 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə çatmaq hədəfi və digər əməkdaşlıq layihələri barədə analitik rəy öz əksini tapır.
Məqalə ilə tanış olmaq üçün müvafiq linkə daxil ola bilərsiniz: https://www.dailysabah.com
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise