“Creative Spark” layihəsinin yekun forumunda Enterprise Azerbaijan portalı ilə birgə görülən işlərdən danışılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Rəşad Hüseynov və Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva Britaniya Şurasının (British Council Azərbaycan) Azərbaycan təmsilçiliyinin təşkilatçılığı ilə reallaşdırılan “Creative Spark” (“Yaradıcı Qığılcım”) layihəsinin yekun forumunda iştirak ediblər. Qeyd edək ki, ali təhsil proqramlarına dəstək olaraq Azərbaycan da daxil olmaqla yeddi ölkədə beş illik təşəbbüslə həyata keçirilən “Creative Spark” layihəsinin şəbəkəsi 122 qurumla tərəfdaşlığa malikdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) son bir neçə il ərzində Enterprise Azerbaijan portalı və İngiltərənin “Nyu Kasl” Universiteti (New Castle University) birlikdə “Creative Spark” layihəsi ilə əməkdaşlıq edib. Eyni zamanda “Big Idea Challenge”i dəstəkləyib. Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva yekun hesabatla çıxışı zamanı bildirib ki, əməkdaşlıq nəticəsində bu layihədə həm müəllimlər, həm də tələbələr üçün böyük imkanlar yaradılıb. “Creative Spark” layihəsində müəllimlər “Təlimçini yetişdirin” seminarlarında fəal iştirak ediblər. Onlar Nyu Kasl Universitetində olub, innovativ metodlarla sahibkarlıq təhsili fəaliyyəti ilə tanış olublar. İlk dəfə keçirilən “əks-təcrübə” təlimlərində yerli gənc biznes sahibi və müxtəlif universitetlərin tələbələri iştirak ediblər. Seçilən layihələr üçün “İdeya” və “Bootcamp” təşkil olunub.
Bundan başqa gənclərin startap və ideyaları üçün Portalda onlayn keçid yaradılıb. Ekspertlər təqdim olunan layihələri qiymətləndirərək potensialı olanlar arasında seçimlər ediblər. Portal Startap layihələrinə təqdimatların və videoçarxların hazırlanmasına və onların müsabiqənin beynəlxalq məlumat bazasına daxil edilməsinə dəstək göstərilib.
Qeyd edək ki, Britaniya Şurasının (British Council Azərbaycan) “Creative Spark” (“Yaradıcı Qığılcım”) layihəsində bu günə qədər seminar, təlim düşərgələri, müəssisə təlimləri, inkubasiya tədbirləri və ingilis dili kursları daxil olmaqla ümumi fəaliyyətlərə 760,000 tələbə cəlb olunub. Layihə 2018-2023-cü illər ərzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib