Britaniya Standartlar İnstitutu İİTKM-də təlim keçirir
İqitsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə 6-7 aprel 2017-ci il tarixində “Qida Məhsullarının istehsalçılarına və təchizatçılarına olan tələblər” mövzusunda təlim keçirilib.
Təlimdə açılış nitqi zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, www.azexport.az internet portalında ixracı təşviq etmək üçün “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsi yaradılır: ““Qida Məhsullarının istehsalçılarına və təchizatçılarına olan tələblər” mövzusunda təşkil olunan treninqin də məqsədi yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək istiqamətində ölkəmizdə həyata keçirilən işlərə daha çox töhfə verməkdir.”
Tədbir çərçivəsində iştirakçılara dünya bazarında qida məhsullarına aid əsas prinsiplərdən, qida məhsullarının Avropa İttifaqına ixracını tənzimləyən qanun və direktivlər haqqında məlumatlar veriləcək və başqa müzakirələr aparılıb.
Təlimin ekspert təminatı 115 illik tarixə malik olan idarəetmə sistemləri üzrə standartlarının yaradıcısı, dünyanın ən nüfuzlu və qocaman sertifikatlaşdırma təşkilatı olan Britaniya Standartlar İnstitutu (BSİ) (www.bsigroup.com) və bu İnstitutun Xəzəryanı ölkələr üzrə tam səlahiyyətli nümayəndəsi “AQS Group” şirkəti tərəfindən həyata keçirilib. Təlimi Britaniya Standartlar İnstitutunun beynəlxalq auditoru və eksperti Mahmud Albekov aparıb.
Qeyd edək ki, təlimi bitirən hər bir nümayəndə, London şəhərində çap olunmuş hər biri özünə məxsus identik nömrəyə malik Britaniya Standartlar İnstitutunun beynəlxalq sertifikatları ilə təltif olunacaq. 2 günlük və rus dilində keçirilən təlimdə 30-dan artıq özəl şirkətin nümayəndəsi iştirak edir









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf