Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin 4 ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib.
Müşavirədə Dövlət Proqramının icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının rəhbərlərinin müavinləri və digər məsul şəxslər iştirak edib.
Müşavirədə 2023-cü il və cari ilin 4 ayı üzrə monitorinq hesabatları təqdim olunub, təkliflər dinlənilib və Dövlət Proqramının növbəti mərhələdə qarşıda duran vəzifələrinin icrasına dair müzakirələr aparılıb.
Müzakirələr zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb, Dövlət Proqramının icrası müddətində həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, aparılan quruculuq işləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsi və əhalinin dayanıqlı məskunlaşmasını təmin edəcəyi qeyd olunub.
Müşavirədə həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 942s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi və vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklənməsi istiqamətində işlərin icrasının gedişi barədə də müzakirələr aparılıb.
Dövlət Proqramının icrasına nəzarət işlərinin operativ və dayanıqlı həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib