BMT-nin dəstəyi ilə Azərbaycanda transsərhəd kağızsız ticarətin qiymətləndirilməsi üzrə layihə başladı
Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (United Nations ESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsi cari ildə Azərbaycanda öz işinə start verib. Layihə üzrə Kommissiyanın milli koordinatorları - Dövlət Gömrük Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, ESCAP-ın nümayəndə heyəti və beynəlxalq ekspertlər arasında ilk görüş keçirilib.
Bu layihənin məqsədi Azərbaycanın transsərhəd kağızsız ticarətə keçməsi üçün texniki və hüquqi hazırlıq üzrə qiymətləndirmələrdən, tövsiyələr və fəaliyyət planlarından irəli gələn hesabatların hazırlanmasıdır. Hazırlanacaq hesabatlar bu istiqamətdə milli və beynəlxalq səviyyədə daha miqyaslı tədbirlərin təşkili üçün dəyərli əsas ola bilər. Layihə BMT-nin beynəlxalq ekspert qrupu tərəfindən reallaşdırılacaqdır.
Nəticədə, BMT ilə birgə konfrans təşkil ediləcəkdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu layihə çox önəmli layihədir, belə ki, Azərbaycan 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən biridir. Məlumdur ki, “Rəqəmsal gömrük” həlli Çərçivə Sazişinin müddəalarının yerinə yetirilməsində çox mühüm rol oynayır. Bu mənada Dövlət Gömrük Komitəsinin transsərhəd kağızsız ticarətin reallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi istiqamətində gördüyü işləri xüsusilə vurğulamaq lazımdır.
Rəqəmsal Ticarət Qovşağının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, o cümlədən xarici ölkələrlə rəqəmsal imzaların qarşılıqlı tanınması dövlətin digər elektron xidmətləri ilə birlikdə transsərhəd kağızsız ticarətin inkişafında çox önəmlidir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib