Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üzrə İcra və Kommunikasiya Planın müzakirəsi həyata keçirilib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, plan üzrə yeni rəqəmsal elektron qeydiyyat sisteminin beynəlxalq və yerli səviyyədə tanıdılması, elektron qeydiyyat sisteminin təkmilləşdirilməsi və imkanlarının genişləndirilməsi üzrə işlər 2019-cu ilin ikinci yarımilində də davam etdiriləcək. Müzakirə zamanı həmçinin qeyd olunub ki, sahibkarlıq subyektləri ilə iş Planın prioritet istiqamətlərindəndir. Belə ki, 2019-cu ilin birinci yarımilliyində yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlərin nəticələri təhlil olunacaq. Bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunacaq. Həmçinin biznesə başlama sahəsində aparılmış islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklər və biznes assosiasiyalarının və müvafiq koordinatorların siyahısı hazırlanacaq. Görülən işlərlə bağlı aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və aparıcı kütləvi informasiya vasitələri, eləcə də digər media qurumları ilə intensiv əməkdaşlıq ediləcək. Qeyd edək ki, “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üzrə İcra və Kommunikasiya Planın icrasında İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, “KPMG Azerbaijan Ltd”, “Ekvita” “Ernst & Young Azerbaijan”, “PricewaterhouseCoopers Azerbaijan”, “BM Morrison Partners”, “Dentons Azerbaijan”, "Bakı Hüquq Mərkəzi" nin nümayəndələri iştirak edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib