Biznes islahatları konsaltinq və İT şirkətlərinə təqdim olunub
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində dövlət satınalmaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti və elektron məhkəmə sahəsində aparılan iqtisadi islahatlar konsaltinq və İT şirkətlərinə təqdim olunub. Təqdimatları Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri həyata keçirib.
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyev tərəfindən dövlət aparatının çevikliyinin və səmərəliliyinin daha da artırılması, hesabatlılığın və şəffaflığın təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə son bir ay ərzində kompleks islahatlar həyata keçirilib.
Tədbirdə tikintiyə icazə verilməsinə vahid yanaşmanın tətbiq edilməsi istiqamətində yeni icazə qaydaları, dövlət satınalmaları ilə həyata keçirilən yeniliklər, vahid satınalma portalının yaradılması istiqamətində görülən işlər, elektron məhkəmə, bir prosedurla hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi ilə bağlı təqdimatlar olub və özəl sektorun nümayəndələri ilə müzakirələr keçirilib.
İştirakçılara məlumat verilib ki, sahibkarlıq subyektləri üçün əlverişli biznes mühitinin formalaşdırılması, səmərəliliyin və operativliyin artırılması istiqamətində görülən işlər nəticəsində tikinti obyektinin tikintisi və istismarına icazələrin alınması üzrə prosedurların və günlərin sayı azaldılmış, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiya nəticəsində sadəcə bir prosedurla qeydiyyat mərhələsinin bütünlüklə aparılması imkanı yaradılıb. Həmçinin elektron satınalma modelinə keçid təmin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən kompleks biznes islahatı tədbirləri çərçivəsində atılan mühüm addımlar, ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradır.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu