“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən Qətərə ixrac olub
“Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “ Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Qətər Əmirliyinə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı mənşə sertifikatı alıb. Bu məhsulların sırasına kartof, soğan, çuğundur, yerkökü, gül kələmi, kələm, xiyar, badımcan, sarımsaq, limon və pomidor daxildir.
“Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC-nin təmsilçisi Nicat Rəhimli bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, “Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) bundan sonra da ixrac prosedurlarını “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, “Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) buna qədər də Azexport portalı vasitəsi ilə alma, yerkökü, pomidor, soğan və fındıq məhsulları üzrə ixrac sifarişləri alıb. Hazırda “Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC Azexport üzərindən öz məhsullarını Amazon saytında yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu