“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində uyğunluq sertifikatı da veriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara artıq uyğunluq sertifikatının verilməsinə başlanılıb. Bu proses Azərbaycan Standartlaşma İnstitutunun Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiyası nəticəsində baş tutacaq. Uyğunluq sertifikatının və bir sıra beynəlxalq standartların tətbiqi istiqamətində xidmət göstərəcək Azərbaycan Standartlaşma İnstitutu ixrac edilən məhsulların yüksək standartlara cavab verməsi və sahibkarların könüllü müraciətləri əsasında xidmət göstərəcəkdir.
Qeyd edək ki, beş dövlət xidmətini özündə cəmləşdirən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində növbəti dövlət orqanı fəaliyyətə başlayır Azərbaycan Standartlaşma İnstitutu ilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi arasında əldə olunan razılığa əsasən, sözügedən qurumun standartlaşma sahəsindəki xidmətləri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində veriləcək.
Bütün bu əməliyyatlar ölkəmizdə xarici ticarət əməliyyatlarının stimullaşdırılması, çevik və sürətli sənədləşmə və rəsmiləşdirmə, tələb olunan sənədlərin azaldılması, ixrac zamanı elektron yanaşmaların tətbiqi, vahid ixrac onlayn sisteminin tətbiqi, bir pəncərə prinsipləri əsasında 2 və 2-dən çox sənədlərin qəbulu və icazələrin verilməsi, o cümlədən ticarətin liberallaşdırılması istiqamətində aparılan davamlı islahatlar çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 Fevral 2017-ci il Fərmanı əsasında yaradılan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi də sadalanan islahatların sürətləndirilməsi istiqamətində nəzəri və praktiki töhfələrini verməkdədir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu