“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “Standartlaşdırma ixracın inkişafına dəstək alətidir” mövzusunda seminar keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Azərbaycan Standartlaşdırma İnstitutu”nun birgə təşkilatçılığı ilə “Standartlaşdırma ixracın inkişafına dəstək alətidir” mövzusunda semınar keçirilib.
Təlimin təşkilatçıları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və “Azərbaycan Standartlaşdırma İnstitutu”nun direktoru Namiq Tağıyev bildiriblər ki, belə bir müzakirənin təşkil olunmasına səbəb, Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan standartlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericilik islahatları sertifikatlaşdırmanın və laborator-sınaq xidmətlərinin rəqabətli biznes mühitinin formalaşmasına təsiri haqda ətraflı müzakirə aparmaqdır.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə əlavə edib ki, bu istiqamətdə məlumatlılığı təmin etmək, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara dəstək mexanizmidir.
“Azərbaycan Standartlaşdırma İnstitutu”nun direktoru Namiq Tağıyev isə bildirib ki, biznes strukturlarının ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı standartlaşıdrma üzrə milli orqan - Azərbaycan Standartlaşdırma İnstitutunun əsas məqsədi sahibkarlar arasında yüksək və peşəkar səviyyədə münasibətlərin qurulmasına start verilməsidir
“Azərbaycan Standartlaşdırma İnstitutu”nun mütəxəssisləri bir neçə təqdimatdan sonra, sahibkarları maraqlandıran suallara cavab verib. Təlimdə fərqli istiqamətlər üzrə fəaliyyət göstərən 40 dan artıq sahibkar iştirak edib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu