“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində rəqəmsal PR aid seminar keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda təlim keçirilib. Təlimi Humfrey təqaüd proqramı çərşivəsində ABŞ-ın Maryland Universitində təhsil almış Azərbaycanın tanınmış PR mütəxəssisi,Azər Nəzərov aparıb. 30 – dan artıq şirkət və qurum təmsilçisinin iştirak etdiyi təlimin əsas məqsədi Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə ətraflı məlumatların təqdim olunmasıdır. Təlim zamanı rəqəmsal alətlərdən PR aləti olaraq istifadə, rəqəmsal PR strategiyasının hazırlanması, rəqəmsal alətlər vasitəsi ilə bazar analizinin aparılması, ödənişli vasitələrdən PR aləti olaraq istifadə, rəqəmsal fəaliyyətlərin analizi və hesabatların hazırlanmasından danışılıb.
Təlimin çox aktiv keçirildiyini bildirən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, Azərbaycan məhsullarını xarici bazarlarda tanıtmaq, onların marketinq və kommunikasiyasını təşkil etmək qarşıya qoyulan əsas hədəflərdən biridir. Onun sözlərinə görə, ölkəmizin xarici bazarlarda rəqabət qabiliyyətliliyini artırmaq məqsədilə nəzərdə tutulan bu təlimlər qarşıdakı müddətdə də davam etdiriləcəkdir. Təlimlərdə iştirak edən sahibkarlar məhsullarının xarici bazarlarda satışı, beynəlxalq standartların tətbiqi, maliyyə alətlərindən istifadə qaydalarını öyrənirlər.
PR mütəxəssisi Azər Nəzərov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə belə bir təlimin keçirilməsini sevindirici hal kimi qiymətləndirib. O deyib ki təlim zamanı yerli ixracyönümlü sahibkarların xarici ölkələrdə daha yaxşı tanıdılması, imicinin formalaşması üçün lazım olan texniki və nəzəri biliklərdən danışılacaq. Onlara imicin rəqəmsal alətlər vasitəsi ilə qurulması və qorunması, bazar analizinin aparılması, Rəqəmsal PR strategiyasının hazırlanması və hədəf auditoriyasının profilinin müəyyən olunması kimi biliklər ötürülüb.
Təlimin sponsorları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və PreMark – Peşəkar PR və Media məsləhət xidmətidir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır