“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracın maliyyələşməsi mövzusunda təlim
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Kapital Bankla birgə “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda maarifləndirici təlim təşkil edəcək. Təlimdə xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, ixrac fəaliyyəti üçün nəzərdə tutulan kreditlər və s. haqqında sahibkarlara məlumat veriləcəkdir.
Təlimlə bağlı ətraflı məlumatı- http://iqtisadiislahat.org/registration/ saytından əldə etmək mümkündür. İştirak etmək istəyən fiziki və hüquqi şəxslər həm də göstərilən link vasitə ilə qeydiyyatdan keçə bilərlər. Tədbir yalnız sahibkarlar və biznes nümayəndələri üçündür.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16), 2018-ci il, noyabr ayının 21-i saat 10:00-da başlayacaq təlim ödənişsizdir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf