Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Azleqal Consalting” şirkətinin birgə təşkilatçılığı ilə “Xarici ticarət əməliyyatların hüquqi prosedurlar və müqavilələrin bağlanılması” mövzusunda semınar keçirilib.
Təlimin təşkilatçıları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və “Azleqal Consalting ”şirkətinin hüquqşünası Bəxtiyar Rzayev bildiriblər ki, belə bir müzakirənin təşkil olunmasına səbəb, Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan hüquqi prosedurlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, xarici tərəfdaşlarla danışıq, qanunvericilik islahatları haqda ətraflı müzakirə aparmaqdır.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə təlimdə çıxışı zamanı əlavə edib ki, , ixracatçı sahibkarlara mütəmadi belə təlimlərin təşkil olunması ölkədə aparılan iqtisadi islahatlar zəncirinə töhfə verməkdən ibarətdir. Onun sözlərinə görə, bu müzakirə zamanı Azərbaycan ixracatçılarının hüquqi biliklərinin artırılması, xarici tərəfdaşlarla hüquqi müstəvidə danışıqların aparılması və ixrac müqavilələrinin hazırlanması üçün metodologiyanın izah olunması əsas götürülüb.
Seminar zamanı “Azleqal Consalting”-in mütəxəssisləri bir neçə təqdimatdan sonra, sahibkarları maraqlandıran suallara cavab verib. Ödənişsiz qaydada təşkil olunan təlimdə fərqli istiqamətlər üzrə fəaliyyət göstərən 40-dan artıq sahibkar iştirak edib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu