“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçılarla görüşlərə başlanıldı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə Azərbaycanda fəaliyyət göstərən ixracatçıların tanışlığına start verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində görüşlərin keçirilməsində məqsəd, “Bir Pəncərə”nin xidmətləri barədə ixracatçıları məlumatlandırmaq, həmçinin ixrac prosedurlarının sadələşdirilməsi sahəsində aparılan islahatlarla sahibkarları tanış etməkdən ibarətdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova bildirib ki, ixracatçılar daha az resurs sərf etməklə ixrac prosedurlarını daha tez və asan həll edəcəklər. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində tələb olunan bütün sertifikatlar – baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatların verilməsi təmin edilir. Mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədədbiyyatın ixracına razılığı da buradan almaq olar.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara xidmət göstərən beş dövlət qurumunun nümayəndələri ixracata tələb olunan sənədləşmə işləri ilə bağlı müvafiq prezentasiyalar təqdim ediblər. Eyni zamanda ixrac rəsmiləşdirilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin on-line xidmətləri də sahibkarlara nümayiş olunub.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Bakı şəhəri Landau küçəsi 16 ünvanda – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 1-ci mərtəbəsində yerləşir. İxrac fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslər “Bir Pəncərə”nin xidmətlərindən heç bir rüsum ödəmədən faydalana bilərlər.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır