“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində idarəçilik mövzusunda təlim keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən ixracatçı sahibkarlara “Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda tədbir keçiriləcək. Tədbir maarifləndirici xarakter daşıyaraq ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək. Tədbir çərçivəsində sahibkarların müasir dövrdə idarəçilik problemləri, idarəetmə sisteminin qurulması, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyəti istiqamətləri, şirkət sahiblarinin əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında danışılacaqdır.
“Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin” sahibkarlıq düşüncə tərzinin təşviqi və korporativ idarəetmə standartlarının tətbiqi yanaşmasını rəhbər tutaraq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2019-ci il ərzində mütəmadi olaraq sözügedən istiqamətlərə toxunacaqdır.
Tədbir çərçivəsində peşəkar idarəçi Fəxri Ağayev öz təcrübələrini bölüşəcəkdir. Fəxri Ağayev Peşəkar idarəçi və biznes konsultant, uzun müddət yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə işləmiş, Azərbaycan işadamları və sahibkarları klubunun qurucusudur.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi dövlət başçısının “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılmışdır.
“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda tədbir 22 yanvar 2019-cu il İİTKM-in inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyən şəxslər http://iqtisadiislahat.org/registration/ link vasitəsilə qeydiyyatdan keçə bilər:








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu