"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sahibkar məmnunluğuna səbəb olur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə müraciət edən ixracatçılar üçün bütün müvafiq şərait yaradılıb. Sahibkarlar ixrac etdikləri məhsullara baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatları "Bir Pəncərə"dən alırlar. Eyni zamanda mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədədbiyyatın ixracına razılığı da buradan almaq olar. Sahibkarlar həmçinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzindən müxtəlif sahələrdə məsləhətlər alır, Azexport portalı üzərindən ixrac imkanlarını genişləndirir və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətlərindən də yararlanırlar.
Azərbaycan sahibkarı Sahib Zərbəliyev "Bir Pəncərə"nin xidmətindən ixrac üçün lazımı sənədləri aldıqdan sonra Mərkəzin fəaliyyəti ilə bağlı məmnunluğunu bildirib: “"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sözün əsl mənasında bizlər üçün böyük bir dəstək olaraq ixrac prosesini xeyli asanlaşdırıb. Mərkəz vasitəsilə sənədləri almaq üçün sərf etdiyimiz vaxta qənaət edərək daha məhsuldar fəaliyyətə nail ola bilərik. Məsələn, mən ixrac üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bir Pəncərə" İxraca Dəstək Mərkəzindəki nümayəndəsinə müraciət edib lazımi sənədləri qısa zamanda rahatlıqla topladım."
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf