“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “İxrac strategiyası” mövzusunda təlim keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “İxrac strategiyası” mövzusunda maarifləndirici seminar keçirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə təlimi giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində köklü islahat tədbirləri həyata keçirilib. N.Hacızadə qeyd edib ki, belə təlimlərin mütəmadi keçirilməsində məqsəd ixracatçı sahibkarlara ölkədə aparılan iqtisadi islahatlar, ixrac prosedurlarında olan yeniliklər haqqında, o cümlədən, yerli məhsulların xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması və sadələşdirilməsi barədə məlumat verməkdi.
Təlim zamanı ticarətlə məşğul olmaq istəyən sahibkarlara ixrac strategiyasının çərçivələri, ixrac ölkələrində doğru seçim qaydaları izah edilərək, beynəlxalq ticarətin ölkəmiz üçün əhəmiyyəti, ixraca təsir edən amillər, ixrac strategiyalarının seçimi, ixrac üçün planlaşdırılan məhsulların seçimi zamanı əsas tələblər, markaların standartlara uyğunlaşdırılması, görüntü və qablaşdırma, ixrac zamanı markaların adaptasiyası, təbliğat - təşviqat, marketinq kommunikasiyaları kimi mövzularında geniş müzakirələr aparılıb.
Seminar “Azərsun Holdinq” İnnovasiya və Marketinq departamentinin rəhbəri Ellada Əliyeva tərəfindən aparılıb. O öz çıxışında qeyd edib ki, bütün sahələrdə baş verən dinamik dəyişikliklər dünya iqtisadiyyatından da yan keçməyib və ona görə də hər bir şirkət öz üzərində bu dəyişimi hiss etməli, buna görə hərəkət etməlidir. Düzgün, vaxtlı-vaxtında qurulan ixrac strategiyaları, ixrac arsenalının genişlənməsi və ixrac olunacaq potensial ölkələrin standart tələblərinə uyğunlaşan, bu istiqamətdə çalışıb yaradılan məhsul portfelləri, məqsədyönümlü qurulmuş təbliğat-təşviqat fəaliyyəti qeyd edilən məqsədlərə çatmaq üçün atılan ən önəmli addımlardandır.
Təqdimatdan sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 fevral 2017-ci il tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib