"Bir Pəncərə" İxraca Dəstək fəaliyyətini bərpa edir
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi mərhələli şəkildə fəaliyyətini bərpa edir. Bu barədə müvafiq əmri İqtisadi İslhatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalayıb. Qeyd edək ki, COVİD-19 pandemiyası dövründə onlayn qaydada fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun olaraq "Məsafədən işin təşkil edilməsi" Qaydaları müəyyən edilmişdi. Qaydalara əsasən müvafiq dövlət qurumlarından ezam olunan əməkdaşlar arasında, habelə ixracatçılar arasında məsafəsi qorunmaqla həyata keçiriləcəkdir.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə bildirib ki, Mərkəzdə fəaliyyət Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun həyata keçiriləcək. Yalnız intensiv sertifikat qəbul edən dövlət qurumlarının əməkdaşları Mərkəzdə işlərinə başlayacaqlar.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara xidmət göstərən beş dövlət qurumunun nümayəndələri ixracata tələb olunan sənədləşmə işlərini həyata keçirir. Bu Mərkəzdə tələb olunan bütün sertifikatlar – baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatların verilməsi təmin edilir. Mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədədbiyyatın ixracına razılığı da buradan almaq olar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib