Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri İİTKM-də olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan nümayəndə heyətini qəbul edib.
Görüş zamanı fiskal sektorda institusional, hüquqi və iqtisadi islahatların aparılması ilə yanaşı ölkədə makroiqtisadi vəziyyət, həyata keçirilən iqtisadi islahatlardan danışılıb. Həmçinin fiskal qaydalar, eləcə də Azərbaycanda fiskal qaydaların tətbiq edilməsi perspektivləri ilə əlaqədar müzakirə aparılıb. Bundan əlavə, müstəqil fiskal institutun qurulması və beynəlxalq təcrübədə bu növ instituta həvalə edilmiş funksiyaların həyata keçirilməsi Azərbaycan fiskal sektorunun institusional inkişafına verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Beynəlxalq Valyuta Fondunun GFSM 2014 standartlarına uyğun dövlət maliyyə statikasının aparılmasının rolu vurğulanıb və Azərbaycanda bu standartların tətbiq edilməsinin zəruri olduğu qeyd edilib. Görüşdə iştirak edən Renaud Dupley, Rene Tapsoba, Rolando Ossorvcki, Pauli Medas və Çon Zohrab eyni zamanda BVF-nin Azərbaycanla əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır