Beynəlxalq Valyuta Fondu İİTKM-də “Makroiqtisadi diaqnostika” üzrə təlimlərə başlayıb
Beynəlxalq Valyuta Fondu (BVF) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Makroiqtisadi diaqnostika” mövzusunda təlimə start verib. 29 sentyabr-3 oktyabr tarixlərini əhatə edəcək təlimə Azərbaycanın dövlət qurumlarından 25 nümayəndə cəlb olunub.
Təlimin mövzuları arasında məcmu təklif və tələbin təhlili, inflyasiya dinamikası, fiskal və monetar siyasət qiymətləndirilməsi, borc dayanıqlılığı, xarici iqtisadi şərait və risk təhlili yer alır. Məqsəd dövlət qurumlarının aidiyyəti sahə üzrə fəaliyyət göstərən əməkdaşlarının makroiqtisadi diaqnostika sahəsində bilik və bacarıqlarını artırmaqdır.
Təlimə BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensial Quruculuğu Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke, iqtisadçılar Nurdaulet Abilov, Kasımcomart Assanqaziyev və Aliyə Uskenbayeva rəhbərlik edirlər. Proqram iştirakçılara nəzəri biliklərlə yanaşı, praktiki qrup işləri də təqdim edəcək, bu da onların real iqtisadi təhlil və siyasət qurma bacarıqlarını artıracaq.
Açılış mərasimində İİTKM-nin icraçı direktorunun müavini Ramil Hüseyn çıxış edərək dövlət orqanları üçün makroiqtisadi təhlil vasitələrinin inkişaf etdirilməsində, effektiv siyasətlərin hazırlanmasında bu təlimin vacib rol oynadığını və Azərbaycanın iqtisadiyyatını gücləndirmək üçün atılan mühüm addım olduğunu qeyd edib.
Norbert Funke isə çıxışında Azərbaycan hökumətinə və İİTKM-ə davamlı əməkdaşlıq üçün təşəkkürünü bildirərək, belə təlimlərin iqtisadi siyasətlərin möhkəmləndirilməsində vacib rol oynadığını vurğulayıb. O bildirib ki, bu təlim iştirakçılara iqtisadi vəziyyəti qiymətləndirmək və davamlı iqtisadi artımı dəstəkləyən məlumatlı siyasətlər hazırlamaq bacarıqlarını inkişaf etdirmək üçün əvəzolunmaz bir fürsətdir.
Təlimin müddətində iştirakçılar makroiqtisadi modellər və alətlərdən istifadə edərək, fiskal siyasət, inflyasiya və borc dayanıqlılığı kimi məsələləri qiymətləndirəcək və praktiki tapşırıqlar vasitəsilə öyrəndiklərini real vəziyyətlərə tətbiq edəcəklər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib