Beynəlxalq Valyuta Fondu Azərbaycanda fiskal islahatlarla bağlı missiya hesabatı açıqlayıb
İİTKM-in departament rəhbəri Ayaz Museyibov
BVF Azərbaycanda fiskal islahatlarla bağlı may ayının 20-də yeni hesabat açıqlayıb. Müvafiq hesabat BVF missiyasının 2021-ci ilin may və avqust ayları üzrə ölkədə apardığı araşdırma və tədqiqatlara əsaslanır. Hesabatda ölkədə dövlət maliyyə statistikasının (GFS) vəziyyətinin ümumilikdə akdekvat olması vurğulanıb. Eyni zamanda, GFS-in daha geniş dövrləri əhatə edən və qərar qəbuletmə proseslərinə təsirini gücləndirmək məqsədi ilə missiya qrupu tərəfindən 1 illik xüsusi tədbirlər planı hazırlanıb.
Hazırda Azərbaycanda GFS üzrə mövcud olan infrastruktur və hesabatlılığın xüsusiyyətləri barədə məlumatlar hesabatda qeyd olunub. Ötən illər ərzində Azərbaycanın GFS-in tərtibi və yayımlanması üçün institusional infrastrukturun qurulması istiqamətində addımlar atması hesabatda əks olunub. İnstitusional baxımından, GFS-in dövlət büdcəsi, büdcədənkənar fondlar, sosial sığorta fondları, digər dövlət və yerli əhəmiyyətli fondların fəaliyyəti barədə məlumatlılığı əks etdirməsi bildirilib. Bundan əlavə, büdcə sisteminin təkmilləşdirilməsi üzrə aparılan islahatlar çərçivəsində qurulmuş Orta Müddətli Xərclər Çərçivəsi Mərkəzinin fəaliyyəti, vəzifə və səlahiyyətləri barədə məlumatlar qeyd edilib.
Ümumilikdə, hesabatda Azərbaycanda GFS-in tərtib olunmasının şəffaf olması önə çıxır. Bununla yanaşı, müvafiq istiqamətdə institusional infrastruktur üzrə inkişaf imkanlarının olması barədə təklif və tövsiyələr də yer alıb. İnkişaf etmiş fiskal şəffaflığın daha əlverişli investisiya mühiti təmin etməklə iqtisadi inkişafı daha da sürətləndirəcəyi də bildirilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib