Beynəlxalq Ticarət Mərkəzinin nümayəndə heyəti İİTKM-də olub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Ticarət Mərkəzinin (İTC) nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətini qəbul edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı son dövrlərdə Azərbaycanda aparılan iqtisadi islahatlar barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azexport.az portalı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı birlikdə ekosistem yaradaraq e-ticarət, e-kommersiya və e-ödəniş sisteminin inkişafı üçün zəmindir: “Bu ekosistemin fəaliyyəti nəticəsində ölkədən qeyri-neft ixracı sadələşib, rəqəmsallaşıb və ixracın coğrafiyası və əmtəə tərkibi xeyli diversifikasiya olunub. İİTKM-in yaratdığı ekosistem ixracatçılara sertifikatlaşdırma, nəqliyyat, logistika və gömrük prosedurlarının həyata keçirilməsində dəstək verir.”
Beynəlxalq Ticarət Mərkəzinin (İTC) Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Yelena Boutrimova Azərbaycanda kiçik və orta sahibkarlığa (KOS) göstərilən dəstəyin diqqətəlayiq olduğunu və İİTKM-in KOS-ların Avropa bazalarına çıxış imkanlarının artırılması istiqamətində addımlarını dəstəklədiklərini bildirib. Qeyd olunub ki, Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı üzərindən Azərbaycan məhsullarının Amazon və Ebay vasitəsilə ABŞ bazarlarında satışına dəstək verə bilər.
Müzakirələrin ardınca “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olan nümayəndə heyəti burada ixracatçılara yaradılan şəraitin yaxşı təcrübə olduğunu qeyd ediblər.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025