Beynəlxalq Maliyyə Korporasiyasının missiyası İİTKM-də oldu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Bakıda səfərdə olan nümayəndə heyətini qəbul edib. Görüş zamanı Vüsal Qasımlı qonaqlara bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” barədə məlumat verib. V.Qasımlı ölkədə aparılan islahatlar çərçivəsində yeni qəbul edilən “Kredit büroları haqqında” qanunu misal göstərib, İİTKM-nin yaratdığı yeni internet portal haqqında qonaqlara ətraflı məlumat verib. Görüşdə Azərbaycanda investisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması istiqamətində məsələlər müzakirə olunub. Sisilia Fruman (Qlobal ticarət və rəqabət üzrə Rəhbər), Lisa Kaestner (ticarət və rəqabət üzrə Şərqi Avropa və Asiya üzrə menecer), Can Van Bilsen (Cənubi Qafqaz regionu üzrə Rəhbər ), Roberto Eçandi (Özəl Sektor üzrə Aparıcı Mütəxəssis), İrina Kokaya (Tapşırıq Qrupunun Rəhbəri), Syed Mahmood (Özəl Sektor üzrə Aparıcı Mütəxəssis), və Lili Begiashvilinin (Biznes Tənzimlənməsi üzrə Regional Mütəxəssis) daxil olduğu nümayəndə heyəti digər dövlət qurumlarında da görüşlərini davam etdirəcək. Xatırladaq ki, Beynəlxalq iqtisadi reytinqlərdə Azərbaycanın göstəricilərinin yüksəldilməsi məqsədi ilə Doing Business hesabatının yenilənməsi üzrə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) biznes mühiti, investisiyaların cəlb edilməsi və qorunması üzrə missiyası bundan əvvəl də Bakıda səfərdə olub.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu