Bakıda “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda birgə konfrans keçirib.
Konfrans ölkədə innovativ inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub. Tədbirdə dövlət, özəl və xarici qurumlardan 100-dək mütəxəssis iştirak edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahat prosesi innovasiya yönümlü inkişaf üzərində qurulub. Ölkəmizdə innovativ layihələrin dəstəkləndiyini bildirən V.Qasımlı elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin səmərəli nəticələr verdiyini vurğulayıb.O əlavə edib ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in 235 milyon manat artacağı və telekommunikasiya sektorunda 1450 iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, innovativ inkişaf üçün ölkəmizdə müvafiq institusional qurumlar yaradılıb, bu prosesə dəstək vermək üçün əlverişli mühit formalaşdırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən Strateji Yol Xəritələri ölkəmizin innovativ inkişafının daha da sürətlənməsinə xidmət edir. Bu fəaliyyət ölkənin elmi, istehsalat, tədris, iqtisadi və kadr potensialının qarşılıqlı əlaqəsinin güclənməsinə və nəticədə yeni elmi ixtiraların, müasir texnologiyaların və məhsulların, perspektiv həllərin meydana çıxmasına səbəb olacaqdır.
Konfransda “İslahatların innovasiyaların və İKT-nin inkişafında rolu” və “İnnovativ məhsullar və İT xidmətlərin ixrac potensialı” mövzularında panel müzakirələr təşkil edilib. Müzakirələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərkosmos”, “ASAN xidmət”, “B.EST Solutions”, “Deloitte consulting”, “Microsoft” şirkətlərinin, AMEA Yüksək Texnologiyalar Parkının, İnnovasiyalar Mərkəzinin nümayəndələri təqdimatlarla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf