Bakı Mühəndislik Universitetində "StartUp School" layihəsinin təqdimatı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə hazırladığı "StartUp School" layihəsinin təqdimatı Bakı Mühəndislik Universitetində (BMU) keçirilib.
Tədbirdə çıxış edən BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov ideyaların biznesə çevrilməsi və kommersiyalaşdırlması, innovasiya fəaliyyətinın genişləndirilməsi, yeni startapların yaradılması ilə bağlı fikirlərini bildirib. Azərbaycanda startap ekosisteminin formalaşması üçün son illər aparılan məqsədyönlü tədbirləri diqqətə çatdıran prorektor ölkədə innovativ layihələrin dəstəklənməsi üçün işlərin sürətləndirildiyini vurğulayıb.
Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva təqdimatında portalın fəaliyyət istiqamətləri, o cümlədən missiya və hədəfləri haqda tələbələrə məlumat verib. O, qeyd edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi tərəfindən idarə olunan portalın məqsədi ölkənin investisiya cəlbediciliyini yüksəltmək, iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. Bununla yanaşı, portalın hədəfləri sırasında potensial investor axtarışında olan layihə təşəbbüskarları ilə investorları bir araya gətirməklə, startapların inkişafı üçün uyğun platforma yaratmaq yer alıb.
Mentor Habil Əliyev isə çıxışını auditoriya ilə diskussiya şəklində quraraq, startap, investor, ideya, biznes kimi anlayışlara tələbələrlə birgə cavab axtarıb.
Sonra, layihə meneceri Nəzrin Əkbərova “StartUp School” barədə zəruri informasiyaları nəzərə çatdırıb. Bildirilib ki, layihə sahibkarlıq və biznesin idarəolunması üçün startapların yaradılması üzrə maarifləndirməni həyata keçirir. Bu məqsədlə təşkil olunan və ABŞ, Türkiyə, İsrail, Polşa və Azarbaycandan olan mentorların da cəlb olunduğu kurslar iki ay davam edəcək. Kursu uğurla başa vuran startapçılara beynalxalq səviyyəli sertifikat təqdim olunacaq. Birinci yerin qalibləri isə Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinə getmək şansı əldə edəcəklər.
Tədbirdə təqdimatlarla bağlı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib