Bakı Dövlət Universitetində "Startup School 3" layihəsi çərçivəsində infosessiya keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşkilatçılığı ilə "Startup School 3" layihəsinin növbəti infosessiyası Bakı Dövlət Universitetində baş tutub.
Tədbirdə universitetin tələbələri, gənc startapçılar və innovasiya sahəsinə maraq göstərən digər iştirakçılar fəal iştirak ediblər. İnfosessiyanın məqsədi tələbələrə və startap həvəskarlarına layihənin təqdim edilməsi, iştirak imkanlarının izah olunması və innovativ təşəbbüslərin dəstəklənməsi olub.
"Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov layihə çərçivəsində icra olunan "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı barədə ətraflı məlumat verib. O bildirib ki, proqramın əsas məqsədi yaşıl və rəqəmsal inkişaf sahələrində fəaliyyət göstərən startapları dəstəkləmək, innovasiya ekosistemində yeni təşəbbüslərə yol açmaq, regional əməkdaşlığı gücləndirmək və investisiya imkanlarını artırmaqdır.
İnteraktiv şəkildə keçirilən infosessiyada iştirakçılar proqramın məqsəd və vəzifələri, seçim meyarları, təlim və mentorluq mərhələləri, həmçinin yerli və beynəlxalq tərəfdaşlıq imkanları barədə geniş məlumat əldə ediblər. Sessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb və startap inkişafı ilə bağlı praktiki məsləhətlər təqdim olunub.
Qeyd edək ki, "Startup School 3" layihəsi yerli və beynəlxalq innovasiya təşəbbüsləri ilə inteqrasiya olunaraq həyata keçirilir və Azərbaycanda startap ekosisteminin inkişafına töhfə vermək, gənc təşəbbüskarların potensialını gücləndirmək və onların qlobal bazara çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib