Azxeport portalı 9 rayonun sahibkarları ilə görüşdü
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün sahibkarlara dəstək olan Azexport portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarlarla görüşünü davam etdirib. Yevlaxda təşkil olunan görüşdə Mingəçevir, Ağcabədi, Ağdaş, Bərdə, Göyçay, Kürdəmir, Ucar və Zərdab da daxil olmaqla 9 rayondan 130 sahibkar iştirak edib. Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd sahibkarlara Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı barədə geniş məlumat verməkdir.
Sahibkarlarla keçirilən görüşdə Yevlax Rayon İcra Hakimiyyəti başçısı Qoca Səmədov deyib ki , Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların fəaliyyət sahələrindəki məhsuldarlıq ixrac imkanlarına uyğundur. Buna görə də onlar Azexport portalı ilə əməkdaşlıqda maraqlıdırlar.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə son dövrlər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və bu prosesin fonunda sahibkarların ixrac imkanlarının genişlənməsi barədə danışıb. O bildirib ki, kiçik və orta sahibkarlıq yeni iş yerlərinin yaranması ölkələrdə iqtisadi inkişafı dəstəkləmək naminə böyük əhəmiyyət kəsb edir. Azexport portalı da məhz bu baxımdan sahibkarlara real imkanlar və şərait yaradır. Vüsal Qasımlı həmçinin sahibkarların yaradılmış şəraitdən səmərəli istifadə etməyinin vacibliyini vurğulayıb.
Daha sonra Azexport.az portalının rəhbəri Zaur Qardaşov sahibkarlara portalın funksionallığı, vahid məlumat bazasının işləmə prinsipi, məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlar barədə ətraflı məlumat verib.
Sonra görüşdə iştirak edən sahibkarların ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə sualları cavablandırılıb.
Qeyd edəki, Azexport.az portalına əsasən Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakistan, Toqo və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və digər məhsullara dair sifarişlər gəlir. Azexport portalı təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.
Əlavə edək ki, sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün Azexport komandası indiyə qədər Bakinın rayonlarında 500-ə yaxın, eləcə də Şamaxı, Xızı, Ağsu , İsmayıllı, Şəki, Balakən, Qax, Oğuz, Qəbələ,və Zaqatala bölgəsindən isə 200 –dən artıq kiçik və orta sahibkarla görüş keçirib.
Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır