Azranking.az: "Səhiyyə sistemi" işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun videokonfrans formatında Səhiyyə Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və TƏBİB-in nümayəndələrinin, eləcə də işçi qrupun digər üzvlərinin iştirakı ilə növbəti iclası keçirilib.
Görüş zamanı işçi qrupun əvvəlki iclasında verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub və bu istiqamətdə görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Eyni zamanda, iclasda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə “9109 qısa nömrəli Çağrı Mərkəzi” tərəfindən görülən işlər, habelə regionlarda tibbi xidmətin əlçatanlığının digər illərlə müqayisəsi, dializ mərkəzlərinin fəaliyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ambulator xidmətin təşkili üzrə görülmüş işlər, dərman vasitələrinin təchizatı və bir sıra digər məsələlər geniş şəkildə müzakirə olunub.
İclasın sonunda növbəti görüş üçün işçi qrupun üzvlərinə müvafiq tapşırıqlar verilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib