Azranking.az: “Səhiyyə sistemi" işçi qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “işçi qrupunun iclası keçirilib.
Görüşdə 2024-cü il üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər, yeniliklər, hədəflər eyni zamanda keçən ilin yekunlarına dair icmal səhiyyə sistemi işçi qrupunun katibi tərəfindən iclas iştirakçılarına təqdim edilib. Təqdimatda hesabat ili ərzində Fəaliyyət Planı əsasında görülmüş tədbirlərin icra vəziyyəti barədə hər bir üzv qurum tərəfindən əsas məlumatların qısa xronikası öz əksini tapıb, qurumların yekun fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.
Videokonfrans formatında baş tutan tədbirdə sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərdə qaldırılan məsələlərə dair geniş müzakirələr aparılıb və həlli yolları barədə təkliflər dinlənilib. Sözügedən məsələ ətrafında, həmçinin qida təhlükəsizliyi sahəsində özəl müayinə laboratoriyalarının sayının məhdud olması, qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlər üzrə tariflərin sahibkarlar tərəfindən yüksək hesab edilməsi barədə işçi qrup nümayəndələri arasında geniş müzakirələr aparılıb, Qida Təhlükəsizliyi Agentliyinin tərəfindən mövcud məsələyə münasibət bildirilib.
Komissiya Katibliyinin rəhbərinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələrinin iştirak etdiyi görüşdə növbəti iclasda müzakirəsi nəzərdə tutulan məsələlər barədə işçi qrup üzvlərinə müvafiq tapşırıqlar verilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib