Azranking.az: “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Onlayn platforma üzərindən təşkil edilən iclasda Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Məhkəmə-Hüquq Şurasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Bakı Apellyasiya Məhkəməsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak ediblər.
İclasda Dünya Bankının yeni “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru üzrə sorğu vərəqəsində müvafiq balların əldə edilməsi üçün görülmüş işlər dinlənilib, habelə sorğu vərəqəsinin qanunvericilikdə öz əksini tapan sualları ilə bağlı məlumatlandırılmanın artırılması məqsədi ilə özəl sektorla görüşlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilib. Bununla yanaşı “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin layihəsi də müzakirə edilib.
İclasda həmçinin “Sahibkarların qarşılaşdığı çətinliklərlə bağlı məlumat və təkliflərin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarına təqdim olunması mexanizmi” çərçivəsində sahibkarlar tərəfindən qaldırılan və “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna göndərilmiş məsələ ilə bağlı aparılan araşdırma və təhlillər, habelə mövcud problemin aradan qaldırılması üzrə təkliflər dinlənilib, zəruri tədbirlərin görülməsinin təmin edilməsi üçün yeni hazırlanan yol xəritəsinin layihəsinə məsələ ilə əlaqədar müvafiq tədbirlərin əlavə olunması barədə razılıq əldə edilib.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib