Azranking.az: “İnsan Kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan Kapitalı” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək, işçi qrupunun ötən dövr üzrə olan ümumi fəaliyyəti, əldə edilmiş uğurlar və gələcək gözləntilər barədə çıxış edib.
Daha sonra İnsan Kapitalı işçi qrupunun katibi R.Musayeva 2022-ci il və 2023-cü illər üzrə işçi qrupunun Fəaliyyət Planı üzrə beynəlxalq reytinqlərdə indikatorların dəyişmə dinamikası və ehtimal olunan yeni gözləntilər barədə təqdimatla çıxış edərək, iclas iştirakçılarına hədəf indikatorları üzrə görülmüş işlər, çətinliklər və tövsiyələr, eyni zamanda gələcək planlar barədə ətraflı məlumat verib.
İclas, Elm və Ali Təhsil üzrə Dövlət agentliyinin direktor müavini N.Əsədlinin və İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini N.Məmmədli təqdimatları ilə davam edib.
Yekunda, İşçi qrupun fəaliyyəti ilə bağlı iclas iştirakçıları ilə cari və qarşıda duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib