Azranking.az: “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib.
Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və İşçi qrupun rəhbəri energetika nazirinin müavini Samir Vəliyevin açılış nitqlərindən sonra iclasın gündəliyinə müvafiq olaraq elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə onlayn müraciət sistemi, ötən dövr ərzində onlayn qoşulmaların sayı üzrə müqayisəli statistik göstəricilər və onlayn ödənişlərlə bağlı mövcud vəziyyətə dair aidiyyəti qurumların hesabatları dinlənilib, görülən işlər barədə məlumat verilib.
Onlayn sistemə daxil olan müraciətlərin icrası zamanı qarşıya çıxan praktiki məsələlər, elektrik təchizatı şəbəkəsinə qoşulmanın təmin edilməsi üzrə Texniki Şuraya daxil olan dövlət qurumlarının məsul şəxsləri ilə kommunikasiyanın təşkili üzrə mövcud vəziyyət nəzərdən keçirilib, eləcə də Dünya Bankının yeni hesabatı ilə bağlı qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli müvafiq Qanunundan irəli gələrək zəruri tədbirlərin görülməsi ilə bağlı məsələlər müzakirə edilib.
Sonda “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun 2024-cü il üçün Yol Xəritəsinin yekun layihəsi nəzərdən keçirilib, üzvlərin rəy və təklifləri nəzərə alınmaqla tamamlanması razılaşdırılıb.
İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri, eləcə də “Yol Xəritəsi”nin icrasına bilavasitə cəlb olunan məsul şəxslər iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib