Azranking.az: “Biznesin müflisləşməsi” indikatoru üzə özəl sektorla müzakirə aparılıb
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib.
İclasda Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Vəkillər Kollegiyası, o cümlədən özəl sektorun - “Ernst & Young Holdings (CIS) B.V.”, “Deloitte & Touche” şirkəti, “PricewaterhouseCoopers Azerbaijan” və “Ekvita” şirkətlərinin nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak ediblər.
Görüşdə Birləşmiş Millətlər Təşkilatının Dünya Bankı Qrupunun "Business Ready" Hesabatının “Biznesin müflisləşməsi” indikatorunun Qanunvericilik və Dövlət xidmətləri bloku üzrə mövcud vəziyyətin özəl sektor nümayəndələri ilə birlikdə təhlili aparılmış, iştirakçıların təklifləri müzakirə edilərək sualları cavablandırılmış və nəticə etibarilə müflisləşmə proseduruna dair bir sıra məsələlərə aydınlıq gətirilib.
Eyni zamanda, iclas zamanı qeyd olunan indikator üzrə məlumatlılığın artırılması istiqamətində özəl sektorun nümayəndələri, o cümlədən konsaltinq şirkətləri və biznes assosiasiyaları arasında müvafiq məlumatlandırma və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, bu sahədə kommunikasiya işlərinin yüksək səviyyədə təmin edilməsi zərurəti vurğulanıb.
Qarşılıqlı əməkdaşlıq formatında keçən iclasda özəl sektor təmsilçiləri, xüsusilə aparıcı konsaltinq şirkətlərinin nümayəndələri biznes mühitinin daha da yaxşılaşdırlmasında dövlət-biznes dialoqunu və bu sahədə islahatların davam edirilməsini yüksək qiymətləndirilib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf