Azexportun XVI “TransCaspian/Translogistica 2017” sərgisində iştirakı portala yeni şirkətlərin cəlbi ilə nəticələnib

Azexportun XVI “TransCaspian/Translogistica 2017” sərgisində iştirakı portala yeni şirkətlərin cəlbi ilə nəticələnib

Azexport portalının  26-28 aprel tarixlərində Bakı Ekspo Mərkəzində  XVI “TransCaspian/Translogistica 2017” sərgisində iştirakı zamanı 10 dan artıq şirkətlə iş birliyinə start verilib.  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və İTECA şirkətinin təşkilatçılığı ilə baş tutan sərgidə Azexport.az portalı  yüksək səviyyə də təmsil olunub. 3 gün davam edən sərgidə Azexport portalının “Səyyar Xidmət Mərkəzi”-nə 200-ə qədər iştirakçı tərəfindən maraq göstərilib. Ziyarətçilərə portalın yerli sahibkarlar üçün yaratdığı geniş imkanlardan və qısa zaman ərzində qazandığı uğurlar barədə ətraflı məlumatlar verilib.
  Bu müddət ərzində “Səyyar Xidmət Mərkəzində" sərgi iştirakçılarından 10-a dək böyük logistika şirkəti qeydiyyata alınıb və onlar haqda məlumatlar portala əlavə olunub.    Bunlardan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Port of Baku”, “Fly Dubai”, “Az-Mariner”, “Yom Logistics”, “Arkas Logistics” şirkətlərini misal çəkmək olar.
   Digər xidmət sektorlarından olan şirkət rəhbərlərinə portalın fəaliyyəti barədə ətraflı məlumat verilib və əməkdaşlığa dəvət olunaraq, qeydiyyata alınıb.  Bunlardan da “Atlant İstirahət və Əyləcə Mərkəzi”, “Park İnn Hotel”, “ABC Consulting”, “Fabo Express”, “General Express” şirkətlərini nümunə kimi göstərmək olar.

   Tədbirdə Rusiya, Amerika, İran, Türkiyyə, Ukrayna və Çexiyadan olan iştirakçılara  Azexport  portal ilə yanaşı, Rəqəmsal Ticarət Qovşağı barədə geniş məlumat verilib.  Xarici ziyarətçilərdən bir neçəsi azexport.az modelinin uğurlu və dünyada analoqu olmayan bir xidmət olduğunu bildirib.

  Əlavə edək ki, Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiri hesab olunan və 3 gün davam edən sərgidə 14 ölkədən 88 şirkət, Amerika, Almaniya, Avstriya, Çexiya, Ukrayna ilə yanaşı Azərbaycanın çoxsaylı yerli şirkətləri də təmsil olunub.