“Azexport” və “E-Mark”ın birgə təşkilatçılığı ilə “Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı və “E-Mark” media agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunacaq. Seminarda iştirakçılara sosial media trendlərinin tətbiqi, doğru bilinən yanlışlar, habelə yerli və beynəlxalq ticarətdə tətbiq olunan müasir rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi beynəlxalq elektron ticarət platformaları və “Payoneer” rəqəmsal ödəniş sisteminə dair real praktik məlumatlar təqdim olunacaq. Tədbirdə sadalanan platformalar üzrə Azərbaycandan satışlar həyata keçirən şəxslər öz uğur hekayələri və qarşılaşdıqları çətinliklər barədə məlumatlar verəcəklər.
Seminarın sonunda iştirakçılar arasından təsadüfi seçim əsasında seçilən bir nəfərə rəqəmsal ticarət və ödəniş platformalarının iş prinsiplərinin detallı tədris olunduğu bir aylıq mentorluq təliminə cəlb olunma imkanı veriləcək.
Tədbir 19 avqust 2023-cü il saat 11:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçiriləcək. Tədbirdə iştirak üçün qeydiyyat mütləqdir.
Qeydiyyat üçün keçid linki: https://training.ereforms.org/









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib