Azexport və Beynəlxalq Ticarət Mərkəzi “Ticarətə Hazır” layihəsinin ikinci mərhələsinə başlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı Beynəlxalq Ticarət Mərkəzi (ITC - International Trade Center) ilə birlikdə “Ticarətə Hazır” layihəsi çərçivəsində növbəti mərhələyə başlayır. Azexport portalının rəhbəri Ayxan Qədəşov bildirir ki, bu dəfəki təlimlərdə logistik prosedurlara dair mövzular əhatə olunacaq. Onun sözlərinə görə “Ticarətə hazır” layihəsinin ikinci hissəsində sahibkarlara elektron və ənənəvi ticarətdə logistika, logistika menecmenti, logistikanın müasir sistemlərə inteqrasiyası, E,F,C,D sinifləndirilməsi, “multimodal” daşıma, “Incoterms” - beynəlxalq ticarət şərtləri, daşıma və nəqliyyat növləri, beynəlxalq nəqliyyat tarifləri, nəqliyyat sənədləri, təchizatçı seçimi, idarəedilməsi və qiymətləndirilməsi kimi mövzular tədris olunacaq.
Təlim “ITC”nin eksperti EE Khong Kie Max tərəfindən ingilis dilində keçiriləcək və azərbaycan dilinə tərcümə olunacaq.
“ZOOM” tətbiqi vasitəsi ilə baş tutacaq təlimin sonunda 70 faizdən yüksək iştirak göstəricisi olan şəxslər “QR” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikatla təmin olunacaqlar.
Qeyd edək ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı ITC ilə birlikdə 15 iyun – 06 iyul 2020-ci il tarixlərində “Ticarətə Hazır” layihəsinin “Elektron Ticarət”-ə həsr olunmuş onlayn təlimləri keçirilib. Vebinar şəklində təlimə 80-dək sahibkar qatılıb.
Təlimlərdə 70 faizdən artıq iştirak göstəricisi olan 18 iştirakçıya “QR kod” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikat verilib.
Təlim ödənişsizdir və 4,7,11,14 avqust tarixlərində baş tutacaq. Qeydiyyat linki: https://bit.ly/313g6ye








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib