Azexport Vaşinqtonda təqdim olunub
ABŞ-ın paytaxtı Vaşinqtonda, ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbir çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı nüfuzlu «Dentons Washington» ofisində Azexport portalını təqdim edib. Təqdimat mərasimində ilk olaraq, ABŞ Kommersiya Departamentinin Qafqaz və Mərkəzi Asiya işləri ofisinin direktoru Danika Starks çıxış edib. O bildirib ki, ABŞ iki ölkə arasında əlaqələrin genişləndirilməsində maraqlıdır və bunun üçün hər cür dəstəyi göstərməyə hazırdır.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verib. Qeyd olunub ki, Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business” hesabatında Azərbaycan dünyada qabaqcıl yerdə qərarlaşıb. Bundan sonra da bu sahədə aparılan islahatlar daha da sürətləndiriləcəkdir. Vüsal Qasımlının Azexport portalı ilə bağlı hazırlanmış xüsusi təqdimatı qonaqların marağı ilə qaşılanıb.
Təqdimatda “Deliotte” şirkətinin idarəedici tərəfdaşı Nuran Kərimov, “Dentons” şirkətinin icraçı tərəfdaşı Ceyms Hoqan, “PwC Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev iştirak edib









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır