"Azexport"un rəhbərinin Pekin şəhərində "Alibaba Group" rəsmiləri ilə görüşü baş tutub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Çinə səfəri çərçivəsində "Alibaba Group"un department rəhbərləri ilə görüşüb. Müzakirə Çinin Pekin şəhərində "Alibaba Group"un baş ofisində dövlət qurumları ilə iş departamentinin rəhbəri He Chenqi və "Alibaba Cloud" departamentinin bulud həlləri üzrə mühəndisi Lu Yangla aparılıb.
Portal rəhbəri Azərbaycanda rəqəmsal transformasiya və bulud texnologiyalarının tətbiqi istiqamətində görülən işlər barədə danışıb. O, biznesler üçün yaradılan mühitin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. A. Qədəşov "Azexport" portalının "Alibaba" elektron ticarət platforması ilə əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, daxil olan ixrac sifarişlərinin həcmində və sayında "Alibaba" elektron ticarət platformasının öndə olmasını qeyd edib.
"Alibaba Group"un departament rəhbəri He Chenqi Azərbaycanın müxtəlif səviyyəli beynəlxalq tranzit yollarının üzərində yerləşməsi və əlverişli biznəs mühitinin mövcudluğunun regional əməkdaşlıq üçün önəmli faktor olduğunu qeyd edib.
Görüş birgə layihələrin müzakirəsi ilə davam edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib